Gürcüstanın Batumi şəhərində "donuz qripi” virusundan daha bir xəstə dünyasını dəyişib.

Open.az gürcü KİV-nə istinadən xəbər verir ki, 62 yaşlı kişi xəstəxanada vəfat edib.

Bu artıq Batumidə qripdən dünyasını dəyişən beşinci ölüm hadisəsi olub. "Donuz qripi”nə görə indiyə qədər 16 insan həlak olub.

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusuna (“donuz qripi”) qarşı “Tamiflu” dərman preparatı əhaliyə pulsuz veriləcək.

Gülnar Qafarlı