Gürcüstanda son sutkada daha 227 nəfərə koronavirus diaqnozu qoyulub, 69 pasiyent sağalıb, 1 nəfər vəfat edib.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 4 140 nəfərə, sağalanların sayı isə 1 643 -ə çatıb.

Xəstəlikdən 24 nəfər dünyasını dəyişib.