Gürcüstanda son sutka ərzində 179 koronavirusa yeni yoluxma fakı qeydə alınıb, 10 pasiyent sağalıb.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulanların sayı 2 937-yə, sağalanların sayı isə 1 422-yə çatıb.

Xəstəlikdən vəfat edənlərin sayı 19 təşkil edir.