Gürcüstanda son sutkada daha 1 357 nəfərə koronavirus diaqnozu qoyulub.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Daha 748 nəfər müalicə olunaraq sağalıb, 21 pasiyent isə vəfat edib

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 244 612 təşkil edir. Onların 228 359-u sağalıb, 2 867-si isə ölüb.