Gürcüstanda daha 2 nəfərə koronavirus diaqnozu qoyulub.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, indiyədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 928-ə çatıb. Onların 794-ü sağalıb, 15-i isə vəfat edib.