Gürcüstanda son sutkada daha 897 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 196 nəfər sağalıb.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 284 958-ə, sağalanların sayı isə 275 220-yə çatıb.

Son 24 saat ərzində xəstəlikdən vəfat edənlərin sayı 10 nəfər artaraq 3 832 olub.