Gürcüstanda son sutkada daha 5 068 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Daha 2 336 nəfər sağalıb, 38 pasiyent isə vəfat edib

Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 152 704 yoluxma halı təsdiqlənib. Yoluxanların 126 904-ü sağalıb, 1 425-i isə dünyasını dəyişib.