Bu gün günorta Gürcüstan və Ermənistanın sərhədindən 10 kilometr məsafədə 3,4 bal gücündə zəlzələ baş verib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Milli Seysmik Monitorinq Mərkəzinin saytında dərc olunub.

Yeraltı təkanlar Dmanisi (Kvemo-Kartli regionu) şəhəri yaxınlığında 13:30-da qeydə alınıb.

Zəlzələnin episentri 9 kilometr dərinlikdə yerləşib.

Gülnar Qafarlı