Gürcüstan Prezidenti Salome Zurabişvili sözçüsü Xatiya Moistsrapişvilini vəzifəsindən azad edib.

Open.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə "Birinci kanal"a prezidentin KİV ilə əlaqələr üzrə müşaviri İrina Şengeliya məlumat verib.

O bildirib ki, X.Moistsrapişvili artıq mətbuat katibi olmasa da, administrasiyada - kommunikasiya şöbəsində çalışacaq. Bu barədə qərar qəbul edib,.

Qeyd edək ki, Moistsrapişvili bu ilin yanvar ayından S.Zurabişvilinin mətbuat katibi vəzifəsində çalışırdı.

Gülnar Qafarlı