Gürcüstanın prezidenti Salome Zurabişvilinın qız nəvəsi dünyaya gəlib.

Open.az xəbər verir ki, o, bu barədə instaqram səhifəsində yazıb.


Körpəyə Mariam adı qoyulub.

Qeyd edək ki, 68 yaşlı S.Zurabişvilinin bir qızı, bir oğlu var. Doğulan uşaq prezidentin oğlu Teymuraz Qorcestaninin qızıdır