Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi logistikanın inkişafı və Gürcüstanın ticari-logistika habı funksiyası üçün çox vacibdir.

Open.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, dəmir yolu hissəsinin test rejimində istifadəyə verilməsindən sonra 2018-ci ildən artıq 400 min tona yaxın yük daşınıb:

“Bu dəmir yolu ilə ilk dəfə olaraq Çinə ixrac həyata keçirilir. Söhbət Türkiyə istehsalı olan məişət əşyalarının Çinə daşınmasından gedir. Bu, bizim dəhlizin ikitərəfli şəkildə aktivləşdirilməsi deməkdir. Pandemiyaya baxmayaraq, 2020-ci ildə 300 min tona yaxın yük daşınıb. Gürcüstanın Çinə istiqamətlənən yeni yükü qəbul etməsi çox əhəmiyyətlidir”.

N.Turnava qeyd edib ki, Gürcüstanın həm Avropa, həm də Çinlə azad ticarət haqqında sazişi ölkənin logistika və ticarət mərkəzi kimi rolunu gücləndirəcək.