NASA-nın Günəş Dinamikası Rəsədxanası Günəşdə güclü partlayış qeydə alıb.

Open.az xəbər verir ki, bu barədə NASA-nın saytında məlumat verilib.

Alimlərin sözlərinə görə, budəfəki partlayış 2017-ci ilin oktyabrından sonra ən güclü partlayışdır. Onun insan səhhətinə hər hansı problem yaratmayacağı, yalnız mobil rabitə və GPS siqnallarına təsir edə biləcəyi qeyd olunub.