Fransada pandemiya qurbanlarının sayı yenidən artıb.

Open.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə koronavirus infeksiyasından 30 004 pasiyent ölüb, onların 19 528-i xəstəxanalarda keçinib.

Hazırda xəstəxanalarda 7 062 nəfər müalicə alır, 78 388 nəfər isə sağalaraq evə buraxılıb.