Fransada son sutka ərzində COVID-19 epidemiyasından 276 ölüm faktı qeydə alınıb.

Open.az xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, epidemiya başlayandan ölkədə koronavirusdan 48 518 nəfər həyatını itirib. Son bir həftə ərzində xəstəxanalara 14 254 koronavirus xəstəsi daxili olub, onlardan 2 168-i reanimasiya şöbəsinə yerləşdirilib.

Son sutkada 17,8 mindən çox yeni yoluxma halı qeydə alınıb və hazırda koronavirus xəstələrinin sayı 2 127 051-dir.