Fransada son bir gündə koronavirusdan ölənlərin sayı daha 44 nəfər artıb.

Open.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

"Fransada epidemiyanın başlanğıcından 29 065 insan öldü, onlardan 18 715-i xəstəxanalarda, 10 350-si sosial və tibbi-sosial müəssisələrdə vəfat etdi", - rəsmi məlumatda deyilir.

Hazırda xəstəxanalarda 13 101 pasiyent müalicə edilir. Bir həftə əvvəl bu rəqəm 15 208 nəfər təşkil edib. Xəstəxanalara son gün ərzində 195 pasiyent daxil olub.

Qeyd edilir ki, reanimasiya şöbələrindəki xəstələrin sayı 1 163-ə qədər azalıb.

Ölkədə epidemiyanın başlanğıcından 102,3 min insan xəstəxanalara yerləşdirilib, onlardan 18 mindən çoxu reanimasiyada müalicə edilib.

Fransada virusa yoluxmuş təxminən 70 min insan sağalaraq evə buraxılıb.