Fransada "sarı jiletlilərdən" sonra tələbələr də küçələrə tökülüb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, gənclər təhsil islahatlarına qarşı çıxaraq, prezident Emmanuel Makronun istefasını tələb edib.

Aksiyalara zamanı 700 tələbə polislər tərəfindən saxlanılıb. Yaxın günlərdə məktəblilərin də aksiyalara dəstək verməsi gözlənilir.

Marsel və Bordeauxta avtomobillər və zibil konteynerləri yandırılıb. Bir çox yerdə polislə gənclər arasında toqquşmalar baş verib.

Fransanın Təhsil naziri Jean- Mişel Blanquer etirazçılara qarşı çıxıb və aksiyaların ən qısa müddətdə başa çatdırılmasını istəyib.

Gülnar Qafarlı