Fransada koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 28 mini ötüb.

Open.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində müalicə alan 83 xəstə vəfat edib.

“Bir mart tarixindən COVID-19 səbəbindən 28 215 nəfərin həyatdan köçməsinə kədərlənirik”- kommyunikedə deyilir.

Qeyd olunub ki, 17 870 nəfər xəstəxanalarda, 10 345 nəfər isə qocalar evində və digər tibb müəssislərində vəfat edib.