Fransa prezidenti Emmanuel Makron xanımı Bricet Makronla Yerevana rəsmi səfər edib.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, onları "Zvartnoç" beynəlxalq Hava Limanında Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan qarşılayıb.

Makron Beynəlxalq Frankofoniya təşkilatının zirvə toplantısında iştirak edəcək.

Fransa prezidenti daha sonra Azərbaycana səfər edəcək. Səfər zamanı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.

Gülnar Qafarlı