13:29

Filippində 6.4 bal gücündə zəlzələ baş verib.

Open.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

ABŞ Geologiya Tədqiqatları Qurumundan verilən məlumata görə, zəlzələ paytaxt Manila yaxınlığında meydana gəlib.

***

Filipinin paytaxtı Maniladan 60 km. şimal-qərbdə baş verən zəlzələ nəticəsində ən azı 6 nəfər həlak olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların sayının artacağı istisna deyil.