Adanadakı FETÖ əməliyyatı zamanı şübhəli şəxslərdən birinin evində terror təşkilatının lideri Fəthullah Gülənin 1965-ci ildə Ermənistan keşişə yazdığı məktub ortaya çıxıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, məktubda "1915-ci ildə ermənilərin böyük soyqırımını lənətləmədən keçə bilmərəm" sözləri qeyd edilib.

Gülən imzası olan məktubun altında qondarma erməni soyqırımı tanıdığını bildirib.

Faktla bağlı Adana Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.

Qeyd edək ki, bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatası da qondarma erməni soyqırımını rəsmi olaraq tanıyan qanun layihəsini təsdiq edib.

Gülnar Qafarlı

Fətullah Gülənin erməni keşişə yazdığı məktub ortaya çıxdı: Qondarma soyqırımı tanıyıram