Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin 130 illiyi qeyd edilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, qüllənin yanında konsert təşkil edilib və daha sonra işıq şousu olub.

Sözügedən şou 3 dəfə təkrarlanıb. Fransanın əsas simvolu lazerlə işıqlanıdırılıb.

Bayramın şərəfinə Parisin meri xeyriyyə tədbiri təşkil edib. Təxminən min tələbə üçün qüllədə pulsuz turlar təşkil edilib.

Qeyd edək ki, Eyfel qülləsi Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilib.

"Eyfel" adı qülləyə onu inşa edən memarın - Qustav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalıb. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırıb. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçib.

Gülnar Qafarlı