Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Yerevandakı İzmirlyan Tibb Mərkəzində əməliyyat edilib.

Open.az "RİA NOvosti"yə istinadən xəbər verir ki, Koçaryan son 9 gündə üç dəfə müayinə edilib.

Xatırladaq ki, iyulun 28-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində həbs olunub.

Mayın 18-də həbsdən azad edilib. İyun ayının sonlarında üçüncü dəfə həbs olunub.

Gülnar Qafarlı