Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyanın bacısı Anna Sarkisyan uzun illərdir çalışdığı Yerevan Dövlət Tibb Universitetini məhkəməyə verib

Open.az xəbər verir ki, bu barədə "Jamanak" qəzeti məlumat yayıb.

Məlumata görə, o, əmək müqaviləsinin ləğv edilməsi haqqında qərarın etibarsız sayılmasını və əvvəlki vəzifəsinə bərpa edilməsini tələb edib.

Nəşr qeyd edib ki, Sarkisyan yenidən dekan vəzifəsi uğrunda keçirilən seçkilərdə iştirak edib. Seçkilər bütün fakültələrdə keçirilib. Lakin 7 nəfər onun lehinə, 56 nəfər isə əleyhinə səs verib. Anna Sarkisyan nəticələrdən narazı qalıb və buna görə də müəssisəni məhkəməyə verib.

Gülnar Qafarlı