Ermənistanın polis rəisi Valeriy Osipyan tezliklə vəzifəsindən azad ediləcək.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə "Past" qəzeti məlumat yayıb.

Bildirilir ki, respublikanın polis rəisi postu üçün artıq ciddi mübarizə başlanılıb.

Qeyd edək ki, Osipyan baş nazir Nikol Paşinyanın təklifi ilə10 may 2018-ci il Ermənistanın polis başçısı postuna təyin edilib.

Gülnar Qafarlı