Naməlum şəxslər Ermənistanın hökumət binasında bomba olması barədə məlumat yayıb.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, xəbərdarlıqdan sonra binanın üçüncü korpusunda olan sakinlər təxliyyə edilib.

Bu haqda Ermənistanın FHN-nin mətbuat xidməti bildirib.

Hadisə yerinə bomba üzrə mütəxəssislər cəlb olunub.

Gülnar Qafarlı