Yerevan şəhərindəki Mari İzmirliyan Uşaq Evləri Birliyinin 9 yetirməsində və 6 əməkdaşında yeni koronavirus aşkarlanıb.

Open.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan əmək və sosial işləri naziri Zəruhi Batoyan “Facebook” səhifəsindən bildirib.

Həmin şəxslərdən heç birində müvafiq əlamətlər görülmədiyini, özlərini yaxşı hiss etdiklərini qeyd edən nazir onlara dair təcrid tədbirinin görüldüyünü açıqlayıb.

Koronavirusla bağlı martın 16-dan üç ay müddətinə fövqəladə vəziyyət elan olunduğu Ermənistanda son məlumata görə, yoluxanların sayı 7 113, ölənlərin sayı da 87 nəfərdir.