Ermənistanın Müdafiə Nazirliyi "Zinuj Media" layihəsi çərçivəsində "S-300" zenit raket kompleksini nümayiş etdirib.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, videoçarxda erməni ordusunun yeni növ hərbi texnika ilə təchiz olunacağı da qeyd olunub.

Qeyd edək ki, "S-300" zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur.

İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındadır. Əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir. İlk çoxkanallı zenit raket siistemi kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir. Eyni zamanda 36 hədəfi məhv etməyə qadirdir.

Gülnar Qafarlı