Ermənistanda “Artaşat” tibb mərkəzinin pəncərəsindən koronavirusa yoluxmuş xəstə özünü atıb.

Open.az xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan paylaşıb.

O, intihar edən xəstənin 55 yaşı olduğunu bildirib. Onun çoxsaylı sınıqlarla xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin çox ağır olduğu vurğulanıb.