Ermənistanda daha 183 nəfərdə koronavirus aşkarlanıb.

Open.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 40 593-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 803-ə çatıb. İndiyədək 33 157 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 6 399 aktiv koronavirus xəstəsi var.