Ermənistanda koronavirusa yoluxanların sayı 75 523 nəfərə çatıb.

Open.az xəbər verir ki, son sutka ərzində 2 213 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 12 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 157 nəfər koronavirusdan ölüb, 23 332 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.