Son sutka ərzində Ermənistanda koronavirusa yoluxma hallarının sayı 706 nəfər artaraq 28 606 nəfərə çatıb.

Open.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzinin saytında bildirilib.

Eyni zamanda son bir gündə Ermənistanda 7 nəfər virusdan ölüb, COVID-19 qurbanlarının ümumi sayı 484-ə çatıb.

Qeyd olunub ki, 16 140 xəstə sağalıb. Hazırda 11 824 pasiyent müalicə olunur. 122 682 test keçirilib.