Ermənistanda əsgər intihara cəhd edib

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu gün səhər saatlarında əsgər hərbi hissələrdən birində odlu silahdan özünə atəş açıb.

O, Mikaelyan adına instituta yerləşdirilib. Həkimlərin müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı istintaq başladılıb.