Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb.

Open.az xəbər verir ki, son sutka ərzində 288 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bu günədək Ermənistanda 768 nəfər koronavirusdan ölüb, 7 968 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.