Eduard Abramyan Ermənistan prezidenti Armen Sarkisyanın yeni köməkçisi təyin edilib.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Abramyan Leicester Universitetinin (Böyük Britaniya) Beynəlxalq münasibətlər və təhlükəsizlik kafedrasının tədqiqatçısı, Amerika Xarici Siyasət Şurasının Vaşinqton Asiya və Qafqaz İnstitutunun ekspertidir.

Gülnar Qafarlı