Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz feysbuk səhifəsində müdafiə naziri David Tonoyanın hərbçilərlə görüşünün fotosunu yayıb.

Open.az xəbər verir ki, “Report”un məlumatına görə, fotoda Tonoyanın yanında erməni hərbçilər əyləşib. Lakin diqqət çəkən məqam iki hərbçinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim formasında olmasıdır.

Bir müddət sonra Şuşan Stpenayan fotonu sosial şəbəkədəki səhifəsindən silib.

Qeyd edək ki, Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycan Ordusunda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim formasında Suriyadan gələn terrorçular döyüşür. Görünən odur ki, əsl terrorçular elə məhz Tonoyanın yanında əyləşib.