Türkiyəli professor, ilahiyyatçı Nihat Hatipoğlu 13 yaşlı erməni uşağın müsəlman etməsi ilə bağlı canlı yayımda ilk dəfə açıqlama verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, o, uşağın ailəsinin buna razılıq verdiyini, lakin reaksiyalardan sonra fikirlərini dəyişdirdiyini iddia edib.

"Verilişdən öncə mənə mövzu haqqında məlumat verdilər. Mən onlara dedim ki, uşağın ailəsini axtarmalı və onların razılığı alınmalıdır. Verilişin prodüseri anası və ögey atası ilə telefonda danışaraq, övladının müsəlman olmaq istədiyini söylədi. Ailəsi bu işə razılıq verdi. Ancaq onlar reaksiyalardan sonra fikirlərini dəyişdirdi. Bəzi insanların ictimai qınağı və reaksiyası ailənin qərarını dəyişdirməsinə səbəb oldu", - deyə ilahiyyatçı bildirib.

Qeyd edək ki, mayın 12-də erməni əsilli olduğunu deyən Artur adlı yeniyetmə xristianlıqdan imtina edib və “Kəlimeyi-Şəhadət” söyləyərək müsəlman olub.

İlahiyyatçı 13 yaşlı oğlanın ailəsinin razılığı ilə dinini dəyişdiyini deyib. Bu məsələ Türkiyə və Ermənistanda geniş müzakirələrə səbəb olub və uşağın anası açıqlama verib.

Alina adlı erməni qadın oğlunun müsəlmanlığı qəbul etməsindən xəbərsiz və bu işdə onun razılığının olmadığını söyləyib: "Uşağım müsəlman olmayıb. Biz erməniyik, xristianıq. Belə olacağını bilsəydim, verilişə oğlumla birlikdə gedərdim. Amma xəbərim olmayıb. Mağazada çalışıram. O, uşaqdır, safdır, səhv edib. Müsəlman olmadı, həm də sünnət olmayıb. Axı biz erməniyik, oğlum müsəlman ola bilməz”.

Gülnar Qafarlı