Ermənistanın 19 yaşlı hərbçisi, sıravi-feldşer Hamlet Qraçeviç Avakyan xidməti vəzifəni yerinə yetirərkən həlak olub.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" hesabında məlumat verib.

O, hadisənin ötən gün baş verdiyini bildirib və hərbçinin ailəsinə başsağlığı verib. Ovannisyan əsgərin ölümünün atışma ilə bağlı olmadığını qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Gülnar Qafarlı