Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Open.az xəbər verir ki, liderlər regional məsələlər, ikitərəfli əlaqələr, qarşılıqlı ticarət həcminin 100 milyard dollara çatdırılması və Liviyada sülhün bərqərar olunması üçün daha yaxın əməkdaşlıq məsələlərini müzakirə ediblər.