Kreml Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı barədə açıqlama yayıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, danışığın Türkiyənin təşəbbüsü ilə baş tutduğu bildirilib.

"İdlib münaqişə zonasındakı vəziyyətin sabitləşməsi kontekstində Rusiya-Türkiyə əməkdaşlığının problemləri müzakirə olundu. Bu bölgədən qaynaqlanan terror təhdidinin ortadan qaldırılması və 17 sentyabr 2018-ci il tarixli Soçi memorandumunun həyata keçirilməsinin təmin olunması üçün birgə səylərin artırılması qərara alınıb. Sentyabr ayında, Astana prosesinə aid təminatçı ölkələrin növbəti beşinci görüşünü nəzərə alaraq, Rusiya, Türkiyə və İranın, Birləşmiş Millətlər (BMT) ilə birlikdə Konstitusiya Komitəsini yaratmağa və başlamağa yönələn işləri də daxil olmaqla Suriya sülh prosesinin digər istiqamətləri də göz önünə alınıb. Yaxın şərq gündəminin məsələlərinə və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinə də toxunulub", - deyə məlumatda qeyd edilib.

Gülnar Qafarlı