Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Suriyadakı son vəziyyəti müzakirə etmək üçün Soçidə bir araya gəlib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan görüşdən öncə açıqlama verib:

"Bu dəvətin regionda faydalar verəcəyinə inanıram. İkitərəfli münasibətləri də müzakirə etmə imkanı tapacağıq. Bu görüşün "Barış Pınarı" hərəkatına çox ciddi imkanlar açacağına inanıram".

Putin də açıqlamasında bu görüş və məsləhətləşmələrin çox səmərəli olacağına inandığını bildirib.

Gülnar Qafarlı

Ərdoğanla Putin görüşdü