Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada həyata keçirdikləri "Barış Pınarı" hərəkatına qarşı çıxan Səudiyyə Ərəbistanına sərt reaksiya göstərib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının yerli təşkilatların sədrlərinin genişləndirilmiş toplantısındakı çıxışında bildirib.

O, hərəkatı tənqid edənləri heç vaxt qəbul etməyəcəklərini bildirib: "Bir-bir saymayacağam, ancaq bəzi ölkələrin adını çəkəcəyəm. Onları dürüst olmağa dəvət edərəm. Əvvəlcə Səudiyyə Ərəbistanından başlayacağam. Səudiyyə Ərəbistanı öncə güzgüyə baxsın. Yəməni bu hala kim gətirdi? Yəməndə on minlərlə insan ölmədi? Bunun üçün əvvəlcə hesab verməlisiniz. Suriyanın birliyi uğrundakı bu mübarizədə bizə heç nə deyə bilməzsiniz".

Gülnar Qafarlı