Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Barış plnarı" hərəkatına qarşı çıxan Fransa Prezidenti Emanuel Makrona sərt sözlər söyləyib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu barədə AK Partinin Qrup Toplantısındakı çıxışında danışıb.

"Ruandada, Əlcəzairdə yüz minlərlə insanı qətlə yetirən siz deyilmisiniz? Sən mənə bunları necə deyərsən? Güzgüyə bax, güzgüyə. Vətəndaş qətliamı görmək istəyirsinizsə separatçı terror təşkilatının ölkəmizdə gördüyü hərəkətlərə baxın. Türkiyə bu məsələdə ittiham ediləcək bir ölkə deyil", - deyə Türkiyənin dövlət başçısı bildirib.

Gülnar Qafarlı