Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.

Open.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.

Məlumata görə, Türkiyə-İran münasibətlərini inkişaf etdirəcək və terrorla mübarizədə əməkdaşlığı gücləndirəcək məqamların müzakirəsi gedən danışıqda Azərbaycan - Ermənistan münaqişəsi və Suriya başda olmaqla regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.