“Türkiyə Fərat çayının şərqinə doğru antiterror əməliyyatlarına başlayıb”.

Open.az "Haber7"yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"Türk Silahlı Qüvvələrimi Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı “Barış pınarı” hərəkatı başlayıb. Məqsədimiz cənub sərhədimizdə yaradılmağa çalışılan terror dəhlizini yox etmək və regiona sülh və əmin-amanlığı gətirməkdir", - deyə Ərdoğan bildirib.

Gülnar Qafarlı