Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ərdoğan səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Hər iki ölkə başçısı görüşdə başda Suriya olmaqla bir çox məsələni müzakirə edəcək.