Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putindən ukraynalı dənizçilərin sərbəst buraxılmasını xahiş edib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Ərdoğan təklifin müsbət qarşılanacağına ümid etdiyini bildirib.

“Kerç boğazındakı hadisədən sonra mən öncə Rusiya Prezidenti Vladimir Putin, daha sonra Ukrayna Prezidenti Petro Poroşenko ilə telefonla danışdım. Dənizçilərin sərbəst buraxılması ilə bağlı xahişi Putinə çatdırdım. Bildiyimə görə hazırda araşdırma aparılır. Bundan sonra qərar qəbul ediləcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Qeyd edək ki, noyabrın 25-də Ukrayna donanmasına məxsus 3 gəmi Kerç Boğazı vasitəsilə Azov dənizinə keçməyə çalışıb. Ruslar gəmilərə atəş açıb və 6 ukraynalı dənizçi yaralanıb. Ukrayna gəmiləri və gəmi ekipajı Rusiya tərəfindən saxlanılıb.

Gülnar Qafarlı