"ABŞ-la İran arasındakı gərginlik artıq təhlükəli səviyyəyə çatıb".

Open.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türk axını” qaz kəmərinin açılışı mərasimində deyib.

O bildirib ki, Türkiyə iki ölkə arasındakı gərginliyi azaltmağa yardım edəcək: “Region son 20 ildə onsuz da zəifləyib. Məqsədimiz gərginliyi azaltmaqdır. Heç kimin öz maraqları uğruna bütün regionu yanğın bölgəsinə çevrimək ixtiyarı yoxdur. Biz əlimizdə olan bütün imkanları səfərbər edərək bölgəmizin qan və göz yaşına qərq olmasına icazə verməyəcəyik”.