Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanın islam dünyasına qarşı "yeni səlib yürüşlərinə" başladığını bildirib.

Open.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Qərb ölkələrinin islama hücum etdiyini və hərbi-müstəmləkəçilik fəaliyyətini bərpa etməyə çalışdıqlarını deyib. Türkiyə lideri Məhəmməd peyğəmbərin müdafiəsinin müsəlmanlar üçün şərəf məsələsi olduğunu da vurğulayıb.

Qeyd edək ki, oktyabrın 28-də Ankara Baş Prokurorluğu Türkiyə prezidentinin karikaturasını dərc etdiyinə görə fransız satirik jurnalı “Charlie Hebdo”-ya qarşı cinayət işi açıb. Redaksiya əməkdaşlarına qarşı Türkiyə cinayət məcəlləsinin 3 maddəsi üzrə ittiham irəli sürülüb.

Ləman Oruc