ABŞ Suriya üzrə verdiyi vədləri tam yerinə yetirməyib.

Open.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına müsahibəsində bildirib.

Türkiyənin dövlət başçısı qeyd edib ki, rəsmi Ankara yeni tədbirlər görməyə hazırdır. Rusiya səfərindən qayıdan Ərdoğan təyyarədə bildirib: "Verilən vədlər tam yerinə yetirilməyib".

O, qeyd edib ki, Türkiyəyə çatdıqda dəqiq məlumatlar alacaq.

"Atılması lazım olan zəruri addımları atacağıq. Güzəştə getsək, terror təşkilatına yol açmış olarıq", - deyə Türkiyə prezidenti əlavə edib.

Bu, Suriyada əməliyyatın dayandırılması haqqında Türkiyə və ABŞ arasındakı razılaşmadan sonra rəsmi Ankaranın ilk reaksiyasıdır.