"“Barış pınarı” (“Barış bulağı”) antiterror əməliyyatı çərçivəsində 109 terrorçu zərərsizləşdirilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının yerli təşkilatların sədrlərinin genişləndirilmiş toplantısında deyib.

"Bütün NATO ölkəsi olanlara səslənirəm, başda Amerika olmaqla... Biz Türkiyəyik və biz bir NATO üzvü ölkəyik. NATO nizamnaməsinin 5-ci maddəsini yaxşı bilirlər. Bu terror təşkilatları NATO üzvü olan Türkiyəyə hücum edərkən buna səssiz qalmamalısınız. Buna haqqınız yoxdur", - deyə Ərdoğan bildirib.

Gülnar Qafarlı